Gürcüstanda bir neçə dəqiqə fərqlə 2 zəlzələ qeydə alınıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.
Hər iki halda episentr Sameba kəndi rayonunda yerləşib.
05:44-dəki yeraltı təkanların maqnitudası 5,1 bal, 05:51-dəkinin isə 3,2 bal olub.
Bundan bir neçə saat öncə isə ölkədə eyni rayonunda daha 2 zəlzələ də baş verib – 23:42-də 3,7 bal, 03:19-da isə 4,1 bal.
Dağıntılar barədə məlumat daxil olmayıb.