Gürcüstanda Fatimeyi Zəhranın mövludu münasibətilə tədbirlər keçirilir - FOTO

Gürcüstanda Fatimeyi Zəhranın mövludu münasibətilə tədbirlər keçirilir - FOTO

Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə tədbirlər keçirilib

Rasthaber Azərbaycan xəbər verir ki, bu günlərdə, Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlərin keçirilməsi nəzərdə tutulub.

İlk tədbir Qardabaninin Qaracalar kəndində yerləşən “Səma” şadlıq sarayında keçirilib.

Qardabanidən, yaxın şəhər və kəndlərdən müsəlmanların qatıldığı mərasimdə din xadimləri, dövlət rəsmiləri, elm və ictimaiyyət xadimləri iştirak edib. Mərasimin aparıcısı Ağ Təhlə kənd məscidinin axundu Fəyaz Şahverdiyev iştirakçıları salamlayıb, təbriklərini çatdırdıqdan sonra Qurani-Kərimdən ayələr tilavət etmək üçün sözü Məşədi Vidadi Qurbanova verib.

Şirniyyat süfrəsi ətrafında təşkil olunan mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Azərbaycanın Gəncə şəhərindən dəvət olunan tanınmış ruhani Hacı Vuqar İsgəndərov, Türkiyə Diyanət İşlər Başkanlığının nümayəndəsi Hacı Ahmet Erdem, Gürcüstan Müsəlmanları Qadınlar İcmasının sədri Gülşə Nemətova və başqaları çıxış ediblər.

Çıxış edənlər xanımlar xanımı Hz. Fatimənin (s.ə) məqam, şəxsiyyət və fəzilətlərindən, Hz. Zəhranın (s.ə) simasında İslamda ailə mədəniyyəti, qadın hüquqları və nümunəvi müsəlman qadının xüsusiyyətləri haqqında məluma veriblər.

Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə təşkil olunan mərasim Azərbaycanlı Əhlibeyt məddahı, Vasif Vəsfinur, yerli məddahlar Səid Həsən və Anar Cəfəri şeir və ilahilərlə davam edib.

Mərasimin sonunda dualar oxunub.

Qonaqlara jurnal, təqvim və posterlər hədiyyə olunub.

Xəbəri paylaş

VİDEOLAR