Gürcüstanda ötən sutkada koronavirusa 3 958 yeni yoluxma faktı qeydə alınıb, 3 531 nəfər sağalaraq evə buraxılıb, 36 pasiyent isə vəfat edib.
Az.rasthaber.com xəbər verir ki, yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19-a 108 690 nəfər yoluxub. Onların 89 170-i sağalıb, 1 012-sı isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 2 137, stasionar nəzarətdə 6 221 nəfər saxlanılır. Yüngül simptomları olan 3 736 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.