Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 635 yoluxma halı qeydə alınıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 635 yoluxma halı qeydə alınıb, sağalanların sayı 2 244, ölənlərin sayı 49 nəfər olub.
Rasthaber Azərbaycan xəbər verir ki, bu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 204 003 nəfər koronavirusa yoluxub, 171 526 sağalıb, 2 002 nəfər isə vəfat edib.
468 vətəndaş hazırda karantində, 6 680 stasionarda müalicə olunur. 2 183 nəfər isə Covid – Otellərdədir.