Gürcüstanda bütün məhdudiyyətlər ləğv edilir

Gürcüstanda bütün məhdudiyyətlər ləğv edilir

Tbilisidə ictimai nəqliyyat və təhsil müəssisələri bu il martın 1-dən etibarən fəaliyyətini bərpa edəcək.

Rasthaber Azərbaycan “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili keçirdiyi brifinqdə bildirib.

O həmçinin qeyd edib ki, ölkənin bütün şəhərlərindəki bazarlar fevralın 15-dən açılacaq.
Onun sözlərinə görə, eyni ardıcıllıqla Rustavi və Kutaisidə də bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Batumi, Zuqdidi, Qori, Poti və Telaviyə gəlincə, burada ictimai nəqliyyatın, dükanların, məktəblərin və ticarət mərkəzlərinin fəaliyyəti fevralın 1-dən bərpa ediləcək.

Xəbəri paylaş

VİDEOLAR