Bu haqda Gürcüstanın Baş naziri Qiorgi Qaxariya bildirib.
Rasthaber Azərbaycan Gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstanda 13 iyuldan açıq səma altında mədəniyyət tədbirlərinin keçirilməsinə icazə veriləcək.
Bu haqda Gürcüstanın Baş naziri Qiorgi Qaxariya bildirib.
“Gürcüstan hökumətinin qəbul etdiyi daha bir qərar ondan ibarətdir ki, bazar ertəsindən, (yəni iyulun) 13-dən, açıq səma altındakı mədəniyyət tədbirlərinin keçirilməsinə tətbiq edilən qadağa götürülür”, – deyə o qeyd edib.
“Düşünürəm ki, xüsusilə də indi, yayda, daxili turizmin daha da aktuallaşdığı bir zamanda bu, olduqca mühümdür”, – deyə o əlavə edib.
Həmçinin digər təyinatlı bütün tədbirlərə də, açıq səma altında olmaq şərti ilə, icazə veriləcək. Məsələn, son zamanlar kinoloq sərgilərinə böyük tələbat var idi.