Gürcüstanda benzin ucuzlaşdı

Gürcüstanda benzin ucuzlaşdı

Gürcüstanda benzinin qiyməti ucuzlaşıb

Rasthaber Azərbaycan "24News.ge"-yə istinadən xəbər verir ki, Dünya bazarında Neftin ucuzlaşması, Gürcüstanda yanacaq doldurma məntəqələrinə də təsir edib.

"Brent" markalı neftin bir bareli hazırda 28,72, yüngül neft isə 24,52 dollar olub.

Dünya bazarında neftin ucuzlaşması fonunda Gürcüstanda olan yanacaq doldurma məntəqələrində də 10-15 tetri ucuzlaşma müşahidə edilir. Artıq bir sıra yanacaq doldurma məntəqələrində 92 markalı benzinin qiyməti 1.80 GEL (0.96 AZN) müəyyən olunub.

Xəbəri paylaş

VİDEOLAR