Cinayətkarın axtarışı davam edir.
Rasthaber Azərbaycan Gürcü mediasına istinadən xəbər verir ki, silahlı şəxs “Gürcüstan Bankı”-nın filiallarından birinə basqın edərək girovlar götürüb.
Hadisə Zuqdidi şəhərinin Qamsaxurdiya küçəsində baş verib.
Əldə olan məlumatlara görə, cani avtomat və qumbara ilə silahlanıb və bank əməkdaşları və müştəriləri girov götürmüş, 500 min dollar tələb etmişdi.
Silahlanmış şəxs tələbi yerinə yetirilməsə qumbaranı partladacağını bildirib.
O, bankı ya vertolyot, ya da girovlarla birgə tərk etməsini tələb edir. Basqınçı təhlükəsizliyinə zəmanət istəyib.
Həmçinin beşə yaxın girov dam vasitəsilə bankı tərk edə biliblər. Onlar yanğınsöndürən maşının kranı ilə damdan endirilib.
Lakin gecə baş verən naməlum olaydan sonra 43 girov buraxılıb, cinayətkar isə hadisə yerindən qaça bilib. Onun axtarışı davam edir.