Gürcüstanda açıq havada maska tələbi bərpa edildi

Gürcüstanda açıq havada maska tələbi bərpa edildi

Gürcüstanda açıq havada da maskadan istifadə məcburiləşir.

Rasthaber Azərbaycan 1TV-a istinadən xəbər verir ki, müvafiq qərar Koordinasiya Şurasının bugünkü iclasında qəbul edilib.

Gürcüstan səhiyyə naziri Yekaterina Tikaradzenin sözlərinə görə, bu gündən məkanlar və küçədə maskadan istifadə məcburi olur.

“Biz hesab edirik ki, cari epidemiyanı nəzərə alaraq, bu qərar 4-cü dalğanın öhdəsindən gəlmək üçün daha mühüm və effektiv vasitələrdən biridir”, – deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR