Müvafiq əmri Gürcüstan müdafiə naziri İrakli Qaribaşvili imzalayıb.
Rasthaber Azərbaycan shafaqna.com-a istinadən xəbər verir ki, briqada generalı Coni Tatunaşvili Gürcüstan Müdafiə Qüvvələrinin (MQ) Baş Qərargahının yeni başçıcı təyin edilib.
Müvafiq əmri Gürcüstan müdafiə naziri İrakli Qaribaşvili imzalayıb.
Bunadək Tatunaşvili MQ-in Qərb Komandanlığının komandanı olub.
O, 1993-cü ildən Gürcüstan SQ-də xidmət edir. Onun hərbi karyerası 1997-ci ilədək təhsil aldığı hərbi akademiyadan başlayıb.
2001-2002-ci illərdə “Komandos” batalyonunun rəisi, 2003-2005-ci illərdə xüsusi təyinatlı briqadaya dəstək batalyonunun əməliyyat və döyüş hazırlığı üzrə zabit olub.
2005-2008-ci illərdə I quru briqadasının 1-ci piyada batalyonunun komandiri, daha sonra isə I piyada batalyonunun qərargah rəisi olub.
2008-ci ildə quru qoşunlarının rəisi təyin edilib. 2015-2016-cı illərdə V piyada briqadasının komandiri olub. 2017-ci ildə Qərb Komandanlığının komandan müavini təyin edilib.
O, Kosovo, İraq və Əfqanıstandakı missiyalarda iştirak edib.