Gürcüstan xarici biznesmenlər üçün karantini ödənişli edəcək

Gürcüstan xarici biznesmenlər üçün karantini ödənişli edəcək

Bu haqda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bildirib.

Rasthaber Azərbaycan “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstana gələn xarici biznesmenlər üçün karantin və COVID-19 testi ödənişli olacaq.

Bu haqda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bildirib.

Onun sözlərinə görə, yeni qaydalar rəsmi şəkildə yaxın zamanda dərc ediləcək. Ölkə hüdudlarından kənardan gələn biznesmenlərə seçim təqdim ediləcək: dəbdəbəli mehmanxanalarda ikihəftəlik müşahidə və ya vaxtaşırı COVID-19 testindən keçmə. Hər iki halda xarici vətəndaşlar bütün xərcləri özləri qarşılamalı olacaqlar.

Əgər onlar uzun müddətlik gəliblərsə, onlar ödənişli karantin seçə və bununla da bizim mehmanxanalarımıza kömək edə bilərlər və ya eyni şeyi testlər vasitəsi ilə də edə bilərlər… Onlar özləri testləri əldə etməli və 14 gün ərzində hər 3-cü gün test keçirməlidirlər”, – deyə o qeyd edib.

Bu, istənilən ölkədən gələnlərə aiddir”, – deyə Turnava əlavə edib.

Karantin xidmətinin qiyməti haqqında danışan nazir bildirib ki, “bu, çox ağır bir ödəniş deyil”. Həmçinin o deyib ki, Gürcüstan rəhbərliyi vətəndaşlarının sağlamlığını qorumaq, digər tərəfdən də “investorlarla əlaqəni pozmamaq” üçün bu cür tənzimləmələri tətbiq edir.

Biz çox aktiv investisiya siyasəti keçiririk. Parallel olaraq biz bazarda ortaya çıxan yeni imkanlardan da istifadə etmək istəyirik”, – deyə o qeyd edib.

Xatırladaq ki, Gürcüstan 18 martdan etibarən xarici vətəndaşlar üçün sərhədlərini bağlayıb, xüsusi hallar istisna olmaqla. 1 iyuldan sərhədlərin açılacağı gözlənilsə də, açılış tarixi sonraya saxlanılıb. mənbə

Xəbəri paylaş

VİDEOLAR