Gürcüstan vətəndaşlarına Almaniyadan yaşıl işıq: İş izni...

Gürcüstan vətəndaşlarına Almaniyadan yaşıl işıq: İş izni...

Bu haqda Yekaterina Tikaradze Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş ilə görüşüb.

Rasthaber Azərbaycan 1TV-a istinadən xəbər verir ki, işğal edilmiş ərazilərdən məcburi köçmüş şəxslərlə iş, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş ilə görüşüb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tərəflər Almaniyada müvəqqəti qanuni işlə təmin etmə barədə razılığa gəliblər.

Onların sözlərinə görə, Gürcüstan vətəndaşları Almaniya əmək bazarında 3 aylıq müvəqqəti qanuni iş əldə edə biləcəklər.

“1 apreldən Almaniyada mövsümi işlər başlayacaq. 15 fevraladək qeydiyyatdan keçmək və bütün il boyu uzatmaq olar. Kənd təsərrüfatı sahəsində mövsümi işlər var. İş axtaran əvvəlcə xüsusi qeydiyyat portalından qeydiyyatdan keçməlidir: workabroad.gov.ge.

Mövsümi işlərə namizədlər aşağıdakı tələblərə uyğun gəlməlidirlər:

  • Gürcüstan vətəndaşı olmalıdır;
  • Yaş: 18-60;
  • Almaniyaya getməzdən öncə 3 ay ərzində Şengen zonasına getməməsi;
  • Fiziki sağlamlıq;
  • Məhsul yığımı sahəsində təcrübə və motivasiya;
  • Ölkəyə təkrar girişi məhdudlaşdıran hər hansısa bir səbəbin (pozuntunun) olmaması;
  • Alman və ya ingilis dilində elementar kommunikativ biliklər (qrup halında iş zamanı heç olmasa bir iştirakçının alman və ya ingilis dilində danışa bilməsi vacibdir). Dil biliyi tələbi işə götürən tərəfindən müəyyən edilir”, – deyə nazirlikdən qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR