Gürcüstan uşaqlara yardım edəcək - MƏBLƏĞ

Gürcüstan uşaqlara yardım edəcək - MƏBLƏĞ

Gürcüstanda 18 yaşadək olan uşaqlara tədris ilinin əvvəlində dövlət tərəfindən 200 lari (təxminən 65 dollar) məbləğində yardım ediləcək.

Rasthaber Azərbaycan Gürcü mediasına istinadən xəbər verir ki, bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya məlumat verib.

O qeyd edib ki, koronavirus pandemiyasına görə bir çox vətəndaşa ciddi zərər dəyib, buna görə də hökumət çətin dövrdə əhalini dəstəkləmək qərarı qəbul edib.

“Ən əsası – iqtisadi böhran dövründə vətəndaşlarımız, xüsusilə də uşaqlar üçün dövlət tərəfindən 200 lari məbləğindəki birdəfəlik yardım olacaq və bu, tədris ilinin əvvəlinədək uşaqlara edilən ən mühüm yardım olacaq”, – deyə o bildirib.

O əlavə edib ki, hazırda ölkədə 18 yaşadək olan 300 minə yaxın uşaq var.

Xəbəri paylaş

VİDEOLAR