Gürcüstan seçkilərində hakim partiya qalib oldu, etirazlar başladı...

Gürcüstan seçkilərində  hakim partiya qalib oldu, etirazlar başladı...

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən seçki nəticələrini hər an yeni rəqəmlərlə açıqlayır.

Rasthaber xəbər verir ki, ən son açıqlamaya görə hakim Gürcü Arzusu Partiyası qalibdir.

Bundan sonra seçki nəticələrinə etirazlar başlayıb. Etirazçılar parlament binasının qarşısına toplaşaraq Bidzina İvanişvilinin Sololakidəki iqamətgahına doğru getməyə başlayıblar.

Etirazçılar və polis arasında “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin iş mərkəzinin yaxınlığında qarşıdurma baş verib. InterPress xəbər verir ki, qarşıdurma, hüquq-mühafizə orqanlarının etirazçıların iş mərkəzinin giriş qapısına yaxınlaşmasına icazə verməməsindən sonra başlayıb.

Seçkinin nəticəsi belədir:

  • Gürcü Arzusu Partiyası 48,05 %
  • Vahid Milli Hərəkat Partiyası 27,07 %
  • Avropalı Gürcüstan Partiyası 3,79 %
  • “Lelo” partiyası 3,17 %
  • “Vətənpərvərlər Alyansı” 3,17 %
  • “Aqmaşenebeli strategiyası” 3,15 %
  • “Qirçi” 2.92 %
  • “Vətəndaş – Eliko Elisaşvili” 1,34 %
  • Leyboristlər partiyası isə 1.1 %
  • Digər partiyalar 1 faiz səs qazana bilməyiblər.

Qeyd edək ki, MSK həmçinin təkmandatlı 30 seçki məntəqəsindən 14-də seçkilərin ikinci tura qaldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR