Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirib.
Rasthaber Azərbaycan xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri, regional əməkdaşlıq, enerji və nəqliyyat layihələri, eləcə də aktual beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb. Liderlər qarşılıqlı etimada əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu, Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfəri Azərbaycana edib.