Gürcüstan Müstəqillik Gününü qeyd edir

Gürcüstan Müstəqillik Gününü qeyd edir

Bu gün Gürcüstanda milli bayram – Müstəqillik Günü qeyd edilir.

Rasthaber Azərbaycan xəbər verir ki, 103 il bundan öncə məhz bu gün Gürcüstanın Milli Şurası Dövlət müstəqilliyi aktını qəbul edib.

Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Gürcüstan müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.

Hər il ölkədə Müstəqillik Gününə həsr olunan müxtəlif genişmiqyaslı tədbirlər təşkil olunub.

Ötən il koronavirus pandemiyasına görə, tədbirlər keçirilməyib, lakin bu il "Azadlıq" meydanında hərbi parad və 22 mayda Fransadan gətirilmiş Gürcüstanın ilk generalı Girogi Kvinitadzenin cəsədinin qalıqları  məhz bu gün təntənəli şəkildə dəfn olunacaq.

Xəbəri paylaş

VİDEOLAR