Gürcüstan müntəzəm reyslərlə bağlı məhdudiyyəti uzatdı

Gürcüstan müntəzəm reyslərlə bağlı məhdudiyyəti uzatdı

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat verib.

Rasthaber Azərbaycan 1tv-yə istinadən xəbər verir ki, Gürcüstanda müntəzəm beynəlxalq hava nəqliyyatına tətbiq edilən məhdudiyyət 2021-ci ilin 31 yanvarınadək uzadılıb.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat verib.

“Müntəzəm beynəlxalq hava nəqliyyatına tətbiq edilən məhdudiyyətlər uzadılıb və 2021-ci ilin 31 yanvarınadək (daxil olmaqla) qüvvədə olacaq”, – deyə bildirilib.

Eyni zamanda qeyd edilib ki, bu məhdudiyyətlər Tbilisi beynəlxalq hava limanı ilə Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan hava limanlarını birləşdirən birbaşa beynəxalq reyslərə şamil edilmir.

Məhdudiyyətlər həmçinin Kutaisi beynəlxalq hava limanı və Riqa, Katovitse, Vilnüs və Dortmund hava limanları arasında planlaşdırılan müntəzəm reyslər də aid edilmir.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı olaraq Gürcüstan xaricilər üçün, xüsusi hallar istisna olmaqla, sərhədlərini qapadıb və bütün istiqamətlər üzrə hava nəqliyyatını dayandırıb. Gürcüstan hökuməti beynəlxalq hava nəqliyyatının bərpasını tarixini artıq bir neçə dəfə təxirə salıb.

 

Xəbəri paylaş

VİDEOLAR