Bunu Gürcüstan prezidenti Salome Zurabişvili.
Rasthaber Azərbaycan Gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstan koronavirus pandemyasi ilə mübarizədə savadlı epidemioloqlar, effektiv hökumət və məsuliyyətli cəmiyyətin sayəsində uğur qazana bilib.
Bunu Gürcüstan prezidenti Salome Zurabişvili.
“Əgər cəmiyyət hökumətin qərarlarına inanmasa idi, bu proses işləməzdi. Bu üçbucaq işə yaradı və biz nəticə əldə etdik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, virusla mübarizə dövründə demokratiyanı da yoxlamaq, proporsional addımlar atmaq mümkün olub.
“Biz epidemyanın yayılmasını məhdudlaşdırmaq üçün tam karantindən istifadə etdik. Fövqəladə vəziyyət müvafiq vaxtda ləğv edildi. Nəticədə, biz müsbət nəticə ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olduq”, – deyə o bildirib.