Qomelauri bildirib ki, Bakı və Yerevan bununla bağlı məlumatlandırılıb.
Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, Gürcüstan hökuməti Qarabağdakı vəziyyətin gərginləşməsinin fonunda Azərbaycan və Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazələrin verilməsini qadağan edib.
Bu barədə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi, DİN başçısı Vaxtanq Qomelauri bildirib.
“Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara görə Gürcüstan hökuməti öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırıb”, – deyə o qeyd edib.
Bu, hər iki ölkə istiqamətindəki həm quru, həm də hava marşrutlarına aiddir.
Qomelauri bildirib ki, Bakı və Yerevan bununla bağlı məlumatlandırılıb.