İki gündə baş vermiş 4-cü zəlzələdir
Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanın Sameba kəndi yaxınlığında (Kvemo Kartli regionu) 3,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Gürcüstan Milli Seysmik Mərkəzi məlumat verib.
Yeraltı təkanlar yerli vaxtla 10:26-da qeydə alınıb. Episentr 11 km dərinlikdə yerləşib.
Xatırladaq ki, bu, son 2 gündə baş vermiş 4-cü zəlzələdir.
Qeyd edək ki, sözügedən ərazidə təxminən 3 bal gücündə 1, 6 və 7 iyul, həmçinin 15, 18 və 25 iyunda da zəlzələlər baş verib.