Gürcüstan: Bu tarixdən Azərbaycan və Ermənistana hərbi yüklərin tranziti dayandırılıb

Gürcüstan: Bu tarixdən Azərbaycan və Ermənistana hərbi yüklərin tranziti dayandırılıb

Bu haqda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib

Rasthaber Azərbaycan  1TV-a istinadən xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib ki, Gürcüstan ərazisi üzərindən hərbi tranzit həyata keçirilmir.

Onun sözlərinə görə, Qarabağda vəziyyət gərginləşən kimi, Gürcüstan üzərində Azərbaycan və Ermənistana quru və hava yolu ilə hərbi yüklərin tranziti dayandırılıb.

“Biz bir daha bəyan etmək istəyirik ki, Gürcüstan ərazisi üzərindən hərbi tranzit həyata keçirilmir. Gürcüstanda olan sənədlərə əsasən, Gürcüstan hava məkanından (keçərək) yerinə yetirilən uçuşlar yalnız humanitar və mülki xarakter daşıyır və ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) standartlarına tam uyğundur. Gürcüstan yenə də humanitar və mülki, o cümlədən də ticari yüklərin buraxılmasına nisbətdə öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam edir”, – deyə o bildirib.

Darsaliya deyib ki, bununla belə, “KİV-lərdə, guya, mülki reyslərin vasitəsi ilə Gürcüstan vasitəsi ilə hərbi daşınmalar barədə məlumatlarla bağlı manipulyasiyalar aktivləşib”.

Gürcüstanlı rəsmi qeyd edib ki, beynəlxalq hüquq normalarına tam əməl etmək və humanitar dəhlizlərdən sui-istifadə etməmək konkret bərəçi və sahibin məsuliyyətindədir.

“Bu cür pozuntular aşkar edilsə və sübutlar olsa, Gürcüstan müvafiq şəkildə reaksiya verəcək. Qanun pozucuları beynəlxalq hüquqa müvafiq şəkildə, o cümlədən də ICAO qarşısında məsuliyyətə cəlb ediləcəklər”, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR