Gürcüstan yaxın zamanda beş ölkə üçün öz sərhədlərini açacaq.
Rasthaber Azərbaycan “Shafaqna”-ya istinadən xəbər verir ki, Gürcüstan yaxın zamanda beş ölkə üçün öz sərhədlərini açacaq.
Həmin siyahıya Almaniya, Fransa, Estoniya, Latviya və Litva daxildir.
Hökumət rəsmisi İrakli Çikovani bildirib ki, adıçəkilən ölkələrdən gələnlər üçün bu qaydalar müəyyən edilib: onlar birbaşa reyslə gəlməli və gələn zaman xüsusi elektron anket dolduraraq son 14 gündəki səyahət tarixçələrini, Gürcüstanda məhz harada olacaqlarını və əlaqə telefonlarını qeyd etməlidirlər.
“Hökumətlərarası koordinasiya şurasının qərarı ilə, Gürcüstan üçün sərhədlərini açan ölkələrdən beşi ilə Gürcüstan da heç bir şərt olmadan sərhədi açacaq. Bu, Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır”, – deyə o qeyd edib.
Bununla belə, Çikovani ölkəsinin bu ölkələrdən gələnləri nə zamandan qəbul edəcəyini bildirməyib.