"Müəyyən istiqamətlərdə aviareyslərin bərpa edilə biləcəyini düşünürük. Ancaq, bu istəyin reallaşması danışıqlar apardığımız ölkələrdən də aslıdır".
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu sözləri, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natia Turnava deyib.
Nazir bəyan edib ki, aviareyslər ikitərəfli və çoxtərəflidir və onların bərpası üçün, sadəcə Gürcüstan hökumətinin fəaliyyəti yetərli deyil.
Nazirin sözlərinə görə, son iki ayda sadəcə razılaşdırılmış uçuşlar həyata keçirilib ki, bunun da nəticəsi olaraq, 8 000-dək vətəndaş xarici ölkələrdən təxliyyə edilib.
Natia Turnava bildirib ki, müxtəlif ölkələrlə uçuşların bərpası, qarşı tərəfin də razılığı əsasında və qaydaların ciddi şəkildə qorunması ilə həyata keçirilə bilər.