Gürcüstan: ABŞ-ın hesabatı bizə maraqlı deyil

Gürcüstan: ABŞ-ın hesabatı bizə maraqlı deyil

ABŞ Dövlət Departamentinin məruzəsi “elit” QHT-lər tərəfindən hazırlanaraq təqdim edilən qeyri-obyektiv və qərəzli fikirlərə əsaslanır.

Az.rasthaber.com “Shafaqna”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib və bildirib ki, bu sənəd onun üçün maraqlı deyil.

Qeyd etmək istəyirəm ki, “elit” adlandırılan QHT-lər tərəfindən hazırlanaraq təqdim edilən hesabatın əsasən qeyri-obyektiv, qərəzli, subyektiv və ədalətsiz fikirlərə əsaslanmış olması faktı məyusedicidir; bu, şübhəsiz, məyusedicidir“, – deyə o qeyd edib.

Qaribaşvili əvvəlki hökumət zamanı baş vermiş sistem cinayətləri ilə bağlı heç bir faktın ABŞ Dövlət Departamenti hesabatında olmaması ilə bağlı narazılığını da ifadə edib.

10 il əvvəl və daha əvvəllə – ölkədə sistem korrupsiyası, sistem cinayətləri olan zamanla, insanların işgəncələrə, zorakılıqlara, qətllərə, biznesin əldən alınmasına məruz qaldığı zamanla, KİV-də ümumiyyətlə azadlığın olmadığı bir zamanla, heç bir azad telekanalın olmadığı bir zamanla bağlı heç bir faktın (ABŞ) Dövlət Departamentinin hesabatında olduğunu xatırlamıram və bu, şübhəsiz, olduqca məyusedicidir“, – deyə Baş nazir əlavə edib.

Qaribaşvili deyib ki, digər tərəfdən isə, Gürcüstan açıq demokratiyanın olduğu bir ölkədir və Dövlət Departamentinin hesabatının tənqidi KİV və QHT məlumatlarına əsaslanmış olması faktı da buna dəlalət edir.

Gürcüstanda yüzlərlə QHT var ki, onlar, təəssüf ki, bütün dünyaya səhv məlumat yayırlar və bu, əlbəttə ki, ölkəmizin, xalqımızın maraqlarına daxil deyil. Buna baxmayaraq, siz də görürsünüz ki, bu gün bizdə tam azadlıqdır“, – deyə o vurğulayıb.

Müxalifət telekanalı olan “TV Pirveli”nin jurnalistinin “azadlıq necə ifadə olunur” sualının cavabında Qaribaşvili deyib ki, KİV-lər çox zaman yalan məlumat yayırlar.

Məsələn, siz “TV Pirveli”ni təmsil edirsiniz ki, (bu kanal) olduqca tənqididir. Çox zaman siz faktlara əsaslanmırsınız, faktları yoxlamırsınız və bizim cəmiyyətlə yalan ilə danışırsınız. Yalan yayırsınız. Lakin bu, normaldır, bu, demokratiyanın bir hissəsidir, biz buna qarşı deyilik“, – deyə o əlavə edib.

Qaribaşvilinin sözlərinə görə, Gürcüstan rəhbərliyi buna qarşı həqiqətin vasitəsilə mübarizə aparır və heç bir hesabat həqiqət qarşı mübarizə apara bilməz.

Xəbəri paylaş

VİDEOLAR