“Vahid Milli Hərəkatın” sədri Nika Meliya saxlanılıb
Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanın “Vahid Milli Hərəkatın” sədri Nika Meliya saxlanılıb.
Polis 23 fevral səhər saatlarında “Milli Hərəkatın” ofisinə girmək istəyiblər, lakin partiyadakı vətəndaşlar buna güc tətbiq etmək istəyiblər.
Lakin güc strukturlarının təkidindən sonra Nika Meliya təslim olub.
Qeyd edək ki, sabiq deputat Nika Meliya barəsində məhkəmə hökmü ilə həbs-qətimkan tədbiri seçilmiş, lakin onun həbsi baş verməmişdi. Parlament onun toxunulmazlığını ləğv etdikdən sonra və yeni hökümət təsdiqləndikdən sonra polis bu gün səhər əməliyyatı reallaşdırıb.