Gürcüstanın müxalifət partiyaları etiraz aksiyalarını bərpa etməklə bağlı qərar qəbul ediblər.
Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, müxalif "Avropalı Gürcüstan" partiyası fevralın 4-də aksiyanın keçirilməsi ilə bağlı Tbilisi meriyasına müraciət təqdim edib.
Sənəddə aksiyanın parlamentin binası qarşısında təyin olunması ilə bağlı xəbərdarlıq yer alıb.
"Avropalı Gürcüstan" partiyasından bildirilib ki, aksiyaya bütün müxalifət partiyaları qoşulacaq.
Qeyd edək ki, Tbilisidə parlament binasının qarşısı yanvarın 22-dən etibarən bağlanıb. Tbilisi meriyası ərazidə təmir-bərpa işləri həyata keçirəcək.