Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan verilən məlumata görə, hesabat dövründə kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Peyk görüntülərində Yerə doğru yönələn digər tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyinin sürəti 350 km/san-dək olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.
Proqnoz dövründə (09 - 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Birinci gün Günəş küləyi parametrlərinin ədədi qiymətlərində mənfi qütblülüyə malik olan geoeffektiv tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti hesabına nisbətən artma proqnozlaşdırılır.