Əgər şəhidlərin xatirəsi bu şəkildə anılmasaydı, şəhidlik sevdası da bu qədər alovlanmazdı

Əgər şəhidlərin xatirəsi bu şəkildə anılmasaydı, şəhidlik sevdası da bu qədər alovlanmazdı

Bu sözləri "Müqəddəs Müdafiə Həftəsi"ndəki çıxışında İslam İnqilabının Lideri Ayətullahül Üzma Seyid Əli Xamenei deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xamenei çıxışında deyib ki, Müqəddəs Müdafiə dövrü və mübarizlərinin əhəmiyyətini dərk etmək üçün baş vermiş hadisənin əzəmətini və böyüklüyünü dərk etmək lazımdır.

Sonra o deyib: "Bu gün vətəni, onun sərhədlərini və İslamı müdafiə etmək üçün ailəsindən, atasından, anasından, əlində olan hər şeydən vaz keçərək, düşmən qarşısına çıxan, bu yolda canını belə verməkdən çəkinməyən fədakar və mübariz döyüşçülərin xatirəsinin anım günüdür. 

İslamı müdafiə etdilər, milli şərəf və ləyaqəti müdafiə etdilər, namusu müdafiə etdilər. Bəziləri şəhid oldular. Bəziləri də həyatda qalaraq, başladıqları işi sona yetirdilər.

Dəfələrlə demişəm. Əgər şəhidlərin xatirəsi bu şəkildə anılmasaydı, şəhidlik sevdası da bu qədər alovlanmazdı. Bir şəhərə şəhid cənazəsi daxil olduqda, xalqın əzəmətli iştirakı, şəhidin qarşılanması və onunla vida mərasiminin möhtəşəm olması, son dərəcə təsirli bir hadisədir.

Müqəddəs Müdafiədə ən ali fəzilətlərin ortaya çıxmasının şahidi olduq. Həm əxlaqi, həm də mənəvi fəzilətlərin. Həqiqətən, başqa bir yerdə buna bənzər hadisənin şahidi olmaq çox çətindir. Dünyada bu qədər çox insanın yaşadığı bir halda, Müqəddəs Müdafiədən başqa hansısa yerdə belə bir əxlaqi və mənəvi alilik müşahidə etmək imkansızdır."

"İmam Xomeyni(rə)-in böyük işi elə ilk başdan düşməni düzgün tanıması oldu. Bu savaşda həqiqi düşmənin kim olduğunu anladı və Səddamın sadəcə bir vasitə olduğunu dərk etdi. Elə buna görə də İmam(rə) öz çıxışlarının birində belə demişdi: "Amerika Sovet İttifaqından, Sovet İttifaqı da Amerikadan pisdir. İngiltərə isə ikisindən də pisdir." Yəni, müharibə meydanında başlıca düşmənlərin onlar olduğunu anlamışdı.

İmamın(rə) ikinci önəmli işi, xalqın bu böyük məsələnin öhdəsindən gələ biləcəyini dərk etməsi oldu. İmam(rə) anlamışdı ki, bu məsələ sırf silahlı qüvvələrin məsələsi deyil, xalqın məsələsidir. Xalq ayağa qalxmalı və məsələyə müdaxilə etməli idi. İslam İnqilabını qələbəyə aparan İran xalqı olduğu kimi, müharibəni də qələbəyə İran xalqı aparmalı idi. Və İmam(rə) bunu dərk etmişdi və elə hadisələri də bu istiqamətə yönləndirdi. Nəticədə, böyük bir xalq hərəkatını formalaşdırdı.", -deyə Ayətullah Xamenei əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR