General Süleymaninin şəhadətinin 40-cı günü

General Süleymaninin şəhadətinin 40-cı günü

Qasim Süleymaninin və silahdaşlarının şəhadətlərinin 40-ı mərasimi İranın xalqı və rəsmilərinin iştirakı ilə dünən axşam Tehranda keçirilib.

Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaninin və silahdaşlarının şəhadətlərinin 40-ı mərasimi İranın xalqı və rəsmilərinin iştirakı ilə dünən axşam Tehranda keçirilib.

Bu mərasimdə şəhid Süleymaninin vəsiyyətnaməsindən bəzi hissələr İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı briqada generalı Esmail Qaani tərəfindən qiraət olunub.

General Qaani bu mərasimdə vurğulayıb ki, şəhid Süleymani müqavimət cəbhəsinin bənzərsiz komandanı və qəhrəmanı olub.

"General-leytenant Süleymani İslam İnqilabının tələb etdiyi hər bir meydanda mərdliklə iştirak və şücaətlə əməl edir və uğurla meydandan çıxırdı. Bu dəyərli insanın şəxsiyyətinin cəhətləri onun təvazökarlığı və möminliyinə görə az tanınıb.", -deyə Qaani əlavə edib.

General-leytenant Süleymaninin şəhadətinin 40-ı mərasimində ölkənin dövlət və ordu rəsmilərindən əlavə, İraq, Livan və Suriyadan gəlmiş qonaqlar da iştirak ediblər.

İranın digər şəhərlərinin sakinləri də dünən anım mərasimi keçirərək, Sepah-ın Amerikanın terror cinayətinə dağıdıcı cavabına görə təşəkkür edib və ABŞ-ın hər cür fitnələri ilə mübarizəyə, ə onun terorçu qüvvələrinin bölgədən çıxmalarını istəyiblər.

Yanvarın 3-də İraq rəsmilərinin rəsmi dəvətilə bu ölkəyə səfər edən general Süleymani İraqın Haşdi Şabi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis və daha səkkiz nəfərlə yanaşı, amerikalı terrorçuların Bağdad hava limanı yaxınlığındakı hava hücumunda şəhid olublar.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah da bu terror hərəkətinə cavab olaraq, yanvarın 8-də 10-dan çox raketlə Amerikanın İraqın Əl-ənbar vilayətində yerləşən Ayn al Asad  hərbi bazasını darmadağın edib.

Süleymani haqqında VİDEO

Xəbəri paylaş

VİDEOLAR