General Səlamidə ABŞ-ın təhdidinə CAVAB

General Səlamidə ABŞ-ın təhdidinə CAVAB

İnqilab Keşikçiləri Ordusunun komandanı general-mayor Hüseyn Səlami bildirib ki, İrana qarşı heç bir təhdid cavabsız qalmayacaq.

Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami bu gün Tehranda Müqəddəs Müdafiə Şəhidləri üçün keçirilən tədbirdəki çıxışında mövcud hadisələri dəyərləndirib.

O, ABŞ-ın İrana mümkün hücumundan danışıb. General-mayor Səlami deyib:

"Bu günlərdə ABŞ rəsmilərindən bəzi təhdid dolu sözlər eşidirik. Heç bir təhdidi cavabsız qoymayacağıq".

İranlı komandir əlavə edib ki, onlar müharibə istəmirlər.

General-mayor Səlami Fələstində baş verən hadisələrlə bağlı deyib:

“Bizim inancımıza görə, zülmün ilahi ənənədə yeri yoxdur və biz Fələstinin qələbə yolunda olduğunu bilirik. Kiçik bir bölgədə hərbi məqsədlərinə nail ola bilməyən sionistlər uğursuzluğa düçar olacaqlar və biz Fələstinin qalib gələcəyinə əminik.

Xəbəri paylaş

VİDEOLAR