Hazırda İran tammiqyaslı müharibə şəraitindədir.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandanı general Hüseyn Salami bəyan edb.
“Və bütün mübarizə cəbhələri aktivdir“, – deyə o qeyd edib.
“Lakin (bununla belə) ölkə təhlükəsizlik və əmin-amanlıq içərisindədir, sistemin bütün elementləri normal şəkildə fəaliyyətdədir. Bu, misilsiz bir istisna və böyük bir möcüzədir“, – deyə Sepah komandanı əlavə edib.
“Xalqımız narahat deyil, tamamilə rahat və aram bir vəziyyətdədir, lakin düşmənlərimiz və sionistlər narahatdır və dinclik tapa bilmirlər“, – deyə o qeyd edib.
“Düşmən bizim imanımızın gücünün ağır təzyiqini öz sümüklərinin qırılmasında hiss edir. (Düşmən) buna nə cür reaksiya verəcəyini bilmir, daim mövqe dəyişərək geri çəkilmək məcburiyyətində qalır“, – deyə general Salami vurğulayıb.
O deyib ki, hazırda İran və onun xalqı “böyük bir cihad mübarizəsinin mərkəzində yer alır“.
“Çünki həm siyasi və iqtisadi sahədə, həm də hərbi sahədə qlobal miqyasda səfərbər olmuş güclü və şeytani bir düşmən cəbhəsiylə qarşı qarşıyayıq“, – deyə o bildirib.