General Səlami: İordan çayının qərb sahili də sionistlərə qarşı silahlanır

General Səlami: İordan çayının qərb sahili də sionistlərə qarşı silahlanır

İslam İnqilabı Keşikçiləri Ordusunun baş komandanı müharibənin İordan çayının qərb sahilinə keçdiyini və İordan çayının qərb sahilinin də sionistlərə qarşı silahlandığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami Ayətullah Xameneinin əsərlərinin mühafizəsi və nəşri idarəsi ilə görüşündə, Fələstin hərəkatının zamanla əhəmiyyətli dərəcədə böyüdüyünü və təkmilləşdiyini qeyd edərək, bu gün işğal olunmuş ərazilərdə müqavimət qruplarının əməliyyatlarında çoxlu sionistin öldürüldüyünü qeyd edib.

General-mayor Səlami cihadın davam etdirilməsinin çox vacib olduğunu vurğulayaraq, Qəzzanın silahlandığı kimi İordan çayının Qərb Sahilinin də silahlana biləcəyini və bu prosesin davam etdiyini bildirib.

İslam İnqilabı Keşikçiləri Ordusunun baş komandanı bəyan edib ki, İordan çayının qərb sahili ilə Qəzza arasında heç bir coğrafi əlaqə yoxdur, onlar sionist rejimin mühasirəsində olan iki ayrı ada kimidirlər, lakin bu gün Fələstində kiçik bir əməliyyat üçün yüzlərlə raketin yerləşdirildiyini görmək olar.

General-mayor Səlami əlavə edib:

"Fələstinlilər öz mübarizələrində sionistlər tərəfindən işğal olunmuş torpaqların istənilən hissəsini hədəfə ala biləcək təkamülə çatıblar".

Xəbəri paylaş

VİDEOLAR