İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki, İran bu gün mehvəri milli istiqlal olan böyük bir beynəlxalq savaşdadır.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, general-mayor pasdar Hüseyn Səlami Bəqiyətəllah(əc) universitetinin rekombinant vaksinin təqdimatı və Tehranın Bəqiyətəllah(əc) xəstəxanasında "Nura" vaksininin klinik sınağı prosesinin başlanması mərasimində çıxış edib.
O qeyd edib ki, hadisə yarada bilməyən bir xalq böyüməz.
İranlı general, Qərbin İran xalqı üçün nəzərdə tutduğu planı, yoxsulluq, gerilik və dağılmaq adlandırıb.
"Dünya belə təsəvvür edirdi ki, İran koronavirus qarşısında təslim olacaq, amma İran İslam Respublikası hökuməti koronavirusla mübarizə meydanında parladı", - deyən general-mayor pasdar Səlami koronavirusun kulminasiya nöqtəsində maskanın tapılmadığı bir zamanda inkişaf etmiş ölkələr maska oğurluğu ilə məşğul olduqlarını xatırladıb.
"İran İslam Respublikası öz hədəfləri həddində böyükdür" -deyə general Səlami bildirib.
O bildirib ki, İran öz istehsal etdiyi korona vaksinlərini yoxsul ölkələrin ixtiyarına qoyacaq.