"İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatının İslam ölkəmizin təhlükəsizliyinin və əmin-amanlığının təmin edilməsində, ölkənin kəşfiyyat orqanı və şəbəkələri ilə qarşılıqlı əlaqədə oynadığı rola görə Allaha şükür edirik. Biz anonim işləyirik"
Az.rasthaber.com xəbər verir ki, bunu İran İslam Respublikası İnqilab Keşikçiləri Ordusunun komandanı general-mayor Hüseyn Səlami İnqilab Keşikçiləri Ordusunun yeni kəşfiyyat rəisinin andiçmə mərasimində çıxış edərkən bildirib.
General-mayor Selami, bütün xurafatçı qüvvələrin İslam İnqilabına qarşı ordu meydana gətirdiyinə işarə edərək deyib:
"Düşmənin diqqəti yeni siyasi coğrafiyanın ürəyi olan İslam İnqilabını hədəfə almaqdır. Bu gün gedən ən real müharibə kəşfiyyat müharibəsidir, bizim kəşfiyyat birliyimiz bu sahənin ortasındadır. Bu elə bir sahədir ki, düşmən bütün imkanlarını ora səfərbər edib".
İnqilab Keşikçiləri Komandiri düşmənin İslam İnqilabının güclənməsini istəmədiyini bildirib:
"Hər bir sivilizasiya, model və ya nümunə onun konsepsiyaları həyata keçirilməsə, məğlub olacaq. Düşmən isə bütün səylərini bu istiqamətdə edir, islam adı ilə saleh, qüdrətli və hərtərəfli dövlətin qurulmasına və yayılmasına mane olmağa çalışır".