General Mayor Əhmədəli Qudərzi İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Polis informasiya portalının verdiyi məlumata görə, İranın Nizam-İntizam Qüvvələrinin komandanı General Mayor Hüseyn Əştərinin təklifi və İİR Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullahül-üzma Xameneinin təsdiqi ilə General Mayor Qudərzi İİR Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı təyin olunub.
General Mayor Əhmədəli Qudərzi öncə Nizam-İntizam Qüvvələrinin komandan əvəzi vəzifəsində fəaliyyət göstərirdi.
General Mayor Qudərzi General Mayor Qasim Rzayini əvəz edir.