General Kaani Bağdada getdimi?

General Kaani Bağdada getdimi?

Qüds briqadasının komandiri general İsmayıl Kaaninin Bağdada getməsilə bağlı iraqlı media mənbələri məlumat yayıblar

Rasthaber Azərbaycan xəbər verir ki, İraqlı bəzi xəbər saytları İran İnqilab Keşikçilər Korpusunun Qüds briqadasının komandiri general İsmayıl Kaaninin Bağdada getdiyini iddia edib.
İraqda siyasi arenada ciddi proseslərin getdiyi bir zamanda bu günlərdə Qasim Süleymaninin yerinə Qüds briqadasının komandiri vəzifəsinə təyin edilən general İsmayıl Kaaninin İranlı komandirlərlə birlikdə İraqda bəzi yüksək rütbəli məsul şəxslər və Haşdi Şabi liderlərilə görüşmək üçün İraqa getməsilə bağlı məlumat yayılıb.
Dünən isə bəzi sosial media hesablarından İsmayıl Kaaninin Suriyada öldürülməsilə bağlı dezinformasiya yayılsada, məlumatlar təkzib edilərək generalın Tehranda olduğu açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR