İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai G7 xarici işlər nazirlərinin Şarleruada (Fransa) son iclasının bəyanatında yer alan İran İslam Respublikası ilə bağlı iddiaları tamamilə əsassız adlandırıb və onu pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın regionda sabitliyi pozan davranışında ittiham edilməsini reallığın açıq-aşkar təhrifi və bəyanat müəlliflərinin şər proqnozu adlandırıb, G7-yə üzv dövlətlərin Qərbi Asiya regionunda qeyri-qanuni, məsuliyyətsiz və müdaxiləçi davranışlarına, xüsusən də soyqırımçı İsrail rejiminə verilən silahlara, maliyyə və ya siyasi dəstəyə toxunaraq, vurğulayıb ki, G7-yə üzv dövlətlər Qərbi Asiya regionunda sülh və sabitlik əleyhinə yönəlmiş qeyri-adekvat hərəkətlərinə, habelə işğal olunmuş Fələstində humanitar və insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak və yardıma görə cavabdeh olmalıdırlar.
Bəqai həmçinin İranın nüvə fəaliyyətinin ölkənin texniki və sənaye ehtiyaclarına uyğun olaraq layihələndirildiyini və həyata keçirildiyini, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Təminatlar Sazişi çərçivəsində ölkəmizin beynəlxalq hüquq və öhdəliklərinə uyğun olduğunu vurğulayaraq, G7-nin bununla bağlı narahatlığını əsassız və sadəcə olaraq bəzi G7-yə üzv ölkələrin siyasi yanaşmasının nəticəsi hesab edib.
XİN sözçüsü İranın nüvə silahından azad Yaxın Şərq regionunun yaradılmasında qabaqcıl rolunu xatırladaraq, bu reallaşmanın qarşısını alan yeganə maneəni sionist işğalçı rejim hesab edib, hansı ki, bu rejim G7 ölkələrinin tam dəstəyi ilə Qəzzə və İordan çayının qərb sahilində cinayətləri, humanitar və insan haqlarının kobud şəkildə pozulması, region ölkələrinə qarşı təcavüzü davam etdirir, kütləvi qırğın silahları inkişaf etdirməyə davam edir və beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdid hesab olunur.