Fəxrizadə COVID-19 peyvəndi və ilk yerli diaqnoz testinin istehsalında iranlı alimlərdən ibarət elmi bir qrupa rəhbərlik edirdi

Fəxrizadə COVID-19 peyvəndi və ilk yerli diaqnoz testinin istehsalında iranlı alimlərdən ibarət elmi bir qrupa rəhbərlik edirdi

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf BMT-nin baş katibi, islami ölkələrin parlamentlərinin baş katibləri, beynəlxalq birliyin sədri və bəzi parlamentlərin sədrlərinə ünvanladığı ayrı-ayrı müraciətlərdə İranın görkəmli müdafiə və nüvə alimi şəhid Möhsin Fəxrizadənin terror edilməsini pisləyib.

"Şəhid Fəxrizadənin terroru elə bir halda törədilib ki, bu görkəmli müdafiə və nüvə alimi böyük bir rol oynayaraq, təhlükəli koronavirus xəstəliyinin aradan götürülməsi məqsədilə göstərilən beynəlxalq səylərdə iştiraka, həmçinin qadınlar və uşaqlar da daxil olmaqla İran vətəndaşları üçün COVID-19 peyvəndi və ilk yerli diaqnoz testinin istehsalında iranlı alimlərdən ibarət elmi bir qrupa rəhbərlik edirdi.", -deyə o bildirib.

İran İslam Şurası Məclisinin sədri sonra bildirib: "İlkin fakt və sənədlər ona dəlalət edir ki, öz qara keçmişlərində həssas Qərbi Asiya bölgəsində məqsədyönlü sərhədaşırı terrorlar üzrə uzun siyahıya və ondan da genişinə malik olan bu cinayətin amilləri həmin qeyri-insani terrorun arxasında durublar."

Xəbəri paylaş

VİDEOLAR