FETÖ terror lideri kimi Türkiyədə axtarışda olan Gülən Azərbaycanın haqq işinə dəstək vermədiyi açıq-aşkar göz qabağındadır
Rasthaber xəbər verir ki, Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilən ABŞ-da yaşayan Fətullah Gülən bir neçə dildə yayımlanan “təziyə mesajı”nda Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib.
Belə ki, FETÖ terror lideri kimi Türkiyədə axtarışda olan Gülən “təziyə mesajı”nın əvvəlində “Azərbaycan və Ermənistanın arasında olan Dağlıq Qarabağ bölgəsində baş vermiş silahlı toqquşmalar haqqında üzüntülü məlumatlar aldım.”, -deyə qeyd edilir.
Qeyd edək ki, BMT və bir çox beynəlxalq təşkilatlar, həmçinin İslam Alimləri və Qurumları Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirirlər.
Təziyə mesajının bu hissəsinin fgulen saytından əldə edilən screeni-ni təqdim edirik: