Fransanın Poses şəhərinin meri Corc Loiseau autizmli oğlunun heç bir məktəbə qəbul edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Az.rasthaber.com xəbər verir ki, ''France Bleu''nun yaydığı xəbərə görə, Loiseau autizm xəstəsi olan oğlunun vəziyyəti pis olduğu üçün məktəblərdə təhsilini davam etdirə bilməyəcəyini öyrənib.
Corc Loiseau dövlətdən oğluna və onun vəziyyətində olan uşaqların təhsillərini davam etdirmələri üçün şərait yaratmağı xahiş edib.
Oğlunun gələn ildən təhsilini davam etdirə bilməyəcəyini ifadə edən Loiseau deyib: "Bu mübarizədə qələbə qazanmalıyıq''.
Önümüzdəki günlərdə səlahiyyətlilərlə görüşməsi gözlənilən Loiseau özü kimi bir çox ailənin də eyni problemdən əziyyət çəkdiyinə diqqət çəkib.