Fransada qadın futbolçuların hicab taxmasına qadağa qoyulub

Fransada qadın futbolçuların hicab taxmasına qadağa qoyulub

Fransada Dövlət Şurası qadınların matçlarda hicab taxmasına qadağa qoyub.

Az.rasthaber.com xəbər verir ki, Dövlət Şurası Fransa Futbol Federasiyasının (FFF) 2016-cı ildə hicab qadağası ilə bağlı qərarına qarşı "Les Hijabeuses" (Hicablı) kimi tanınan futbol ictimaiyyətinin etirazını rədd edib.

Fransanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurası qərar verib ki, FFF öz nizamnaməsində oyunçuların matçlarda dini simvollar, o cümlədən hicab taxmasını qadağan edən birinci bəndi tətbiq edə bilər.

Qərarla bağlı Şura tərəfindən edilən yazılı açıqlamada idman federasiyalarının "qərəzsizlik öhdəliyinə" tabe olduğu və federasiya işçilərinin şəxsi inanc və fikirlərini ifadə etməmələri qeyd edilib.

Açıqlamada milli oyunçular istisna olmaqla, oyunçuların “qərəzsizlik öhdəliyi”nə tabe olmadığı bildirilib.

Dövlət Şurası qərar verib ki, FFF futbol oyunlarının rəvan keçməsini və hər hansı münaqişəyə səbəb olmamasını təmin etmək üçün nizamnaməsinin birinci maddəsindəki qadağanı tətbiq edə bilər. Buna görə də qadın futbolçular FFF matçlarında hicablı ola bilməyəcək.

Xəbəri paylaş

VİDEOLAR