Fransada etirazlar davam edir

Fransada etirazlar davam edir

Fransada 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazları yatırmaq üçün asayiş keşikçiləri kifayət etmədikdə zirehli texnika içəri daxil olub.

Az.rasthaber.com xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, bir çox şəhərlərdə etirazların şiddət spiralına çevrildiyi ölkədə hər an fərqli bir məqamda hadisə baş verir.

Etirazların ilk başladığı Nanterres başda olmaqla, Marsel və Vuippi də daxil olmaqla bir çox rayon və şəhərlərdə meydanlara zirehli maşınlar yerləşdirilib.

Nanterresdə zirehli maşın polisin müşayiəti ilə küçələrdə dövrə etməyə başlayıb, Metz yaxınlığındakı Woippi şəhərində isə etirazçıları dəf etmək üçün zirehli maşın yan küçələrə çıxıb.

Fransa mətbuatı zirehli texnikanın başqa bölgələrə də göndərildiyini yazıb.

Xəbəri paylaş

VİDEOLAR