Fransa Yaxın Şərqə təyyarə daşıyan gəmi göndərir

Fransa Yaxın Şərqə təyyarə daşıyan gəmi göndərir

Makron açıqlaması zamanı diqqətə çatdırıb ki, İŞİD təhlükəsi yenidən baş qaldırmağa başlayıb.

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron döyüş təyyarəsi daşıyan gəminin qərbi Asiya regionuna göndəriləcəyini açıqlayıb.

Prezident vurğulayıb ki, "Çarles De Qauelle" adlı gəmi aprel ayına qədər müttəfiqlərlə ortaq əməliyyatlarda istifadə olunması üçün göndəriləcək.

Emmanuel Makron açıqlaması zamanı diqqətə çatdırıb ki, İŞİD təhlükəsi yenidən baş qaldırmağa başlayıb.

"Biz bu təhlükə qarşısında səssiz qala bilmərik. Fransa terrorçulara qarşı mübarizənin ən önündə olmağa davam edəcək", - deyə Emmanuel Makron qeyd edib. 

Xəbəri paylaş

VİDEOLAR