Türkiyə Fransa vətəndaşı olan terrorçunu ölkəsinə deportasiya edib
Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda Türkiyə DİN açıqlamasında bildirib.
Deportasiya olunan terrorçunun hansı qruplaşmaya aid olması bildirilmir.
Xarici media isə Türkiyədən daha bir neçə İŞİD terrorçularının öz ölkələrinə deportasiya olunacağı ilə bağlı ötən günlərdə məlumat yaymışdılar.
Qeyd edək ki, bir sıra Avropa ölkəsi İŞİD üzvü olan vətəndaşlarını geri göndərilməsinə qarşı çıxırlar. Onlar terrorçuların cinayət etdiyi ölkələrdə mühakimə olunmalarını istəyirlər. Fransa isə bu ölkələr siyahısında deyil. Ötən həftə 11 Fransa vətəndaşı, İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham olunanlar Türkiyədən ölkələrinə deportasya olunmuşdu.