Fransa prezidentindən türkçə mesaj

Fransa prezidentindən türkçə mesaj

Fransa prezidenti Emmanuel Makron “Twitter”-də türk dilində paylaşım edib

Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron “Twitter”-də türk dilində paylaşım edərək Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı Ankaranı “məsuliyyətli dialoqa” çağırıb.

“Ayaççodan biz Türkiyəyə konkret mesaj göndərdik. (Biz) sadəlövhlükdən uzaq xoşqəlbli və məsuliyyətli dialoqa hazırıq. Bu mesaj həmçinin Avropa Parlamentinin də çağırış və mövqeyidir. Gəlin, birlikdə irəliləyək”, – deyə Makron yazıb.

Xatırladaq ki, 24-25 sentyabrda Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti baş tutacaq. Onlar Şərqi Aralıq dənizindəki vəziyyəti də müzakirə etməyi planlaşdırırlar.

Ötən həftə Korsika adasında Ayaçço şəhərində Aİ-yə üzv bir sıra Cənubi Avropa ölkə lidelərinin görüşü baş tutmuşdu.

Xəbəri paylaş

VİDEOLAR