Fransa özünü təcridetmə rejimindən mərhələli bir çıxış hazırlayır

Fransa özünü təcridetmə rejimindən mərhələli bir çıxış hazırlayır

Karantin səbəbindən müzakirələrdə 577 deputatdan 75-dən çoxunun iştirak edə bilməyəcəyi gözlənilir.

Fransanın Baş naziri Eduar Filippe aprelin 28-i Milli Məclisi (parlamentin aşağı palatası) koronavirusun yayılması ilə əlaqədar 17 Martda təqdim olunan əhalinin özünü təcridetmə rejimindən çıxması planı ilə tanış edəcək.

Trend-in məlumatına görə, hələ də davam edən karantin səbəbindən müzakirələrdə 577 deputatdan 75-dən çoxunun iştirak edə bilməyəcəyi gözlənilir.

Yol xəritəsinin əsas parametrləri məlumdur: hakimiyyət orqanları bir sıra xüsusi tədbirləri mayın 11-dək - milli karantinin 55-ci günü - lakin mühüm şərtlərlə ləğv etməyi planlaşdırır. Beləki, həmin gün rəsmi olaraq başlayacaq məktəb dərslərinin bərpası növbəti həftələrdə bir neçə mərhələdə həyata keçiriləcəkdir.

Xəbəri paylaş

VİDEOLAR