Fransa ordusu Afrikada itki verdi

Fransa ordusu Afrikada itki verdi

Malidəki hərbi bazanın minaatandan atəşə tutulması nəticəsində Fransa hərbi qulluqçusu Aleksandr Marten ölüb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, həmçinin daha 9 fransalı hərbçi də yaralanıb.

Onlar Fransanın bu ölkədə keçirdiyi "Barxan" əməliyyatında iştirak edirlər.

Hadisə ötən gün Malinin şimalında Qao rayonunda baş verib.

Qeyd edək ki, Fransa Malidə 2013-cü ildən bəri hərbi əməliyyatlar keçirir. İndiyədək bu əməliyyatlar nəticəsində 53 fransalı hərbçi ölüb.

Rəsmi Fransa bu ölkədəki əməliyyatda iştirak edən hərbçilərin sayını 2 500 - 3 000-dək azaltmaq istəyir.

Xəbəri paylaş

VİDEOLAR