Fransa müsəlmanları İslamı siyasi məqsədlər üçün istifadə etməkdən imtina ediblər

Fransa müsəlmanları İslamı siyasi məqsədlər üçün istifadə etməkdən imtina ediblər

Fransanın Müsəlman Ayinləri Şurasının rəhbərliyi respublika dəyərləri xartiyasını qəbul etməyə razılıq verib.

Rasthaber Azərbaycan AFP-yə istinadla xəbər verir ki, bunu dini təşkilatdan ölkə prezidenti Emmanuel Makron daha öncə ultimativ formada tələb etmişdi.

Şuranın yaydığı məlumatda deyilir ki, “müsəlman inancının Respublika prinsipləri ilə uzlaşmasına” dair razılığa gəlinib. Müsəlmanlar İslamı siyasi məqsədlər üçün istifadə etməkdən imtina ediblər və qadın və kişilərin bərabərliyi prinsipinə razılıqlarını bildiriblər.

Qeyd olunur ki, xartiyanın mətni Fransa XİN-in başçısı Jerald Dermanenlə müzakirə olunub. Şuraya daxil olan bütün strukturlar sənədi təsdiqləyəndən sonra, razılıq prezident Makrona təqdim ediləcək.

Xəbəri paylaş

VİDEOLAR