Fransa məktəblərində hicab qadağası

Fransa məktəblərində hicab qadağası

Az.Rasthaber.com xəbər verir ki, Fransada məktəb rəhbərliyi qızları məktəbin girişində hicablarını çıxarmağa məcbur edir.

2020-ci ilin oktyabrında Fransa prezidenti Emmanuel Makron ölkədə qadınların ictimai yerlərdə islami hicab taxmaq hüququnu məhdudlaşdıran yeni qanun layihəsini elan edib.

Bu ölkənin Milli Assambleyası və Senatı da bu qanun layihəsini təsdiqləyib.
Fransada məktəbdə oxuyan müsəlman qızların dərsə getməzdən əvvəl hicablarını çıxarmağa məcbur edildiyini əks etdirən video internetdə yayılıb.
Məktəbin davranışı fransız sosial media istifadəçilərinin qəzəbinə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri, xüsusən də Fransa müsəlmanları məktəb girişlərində müsəlman qadınların hicablarını çıxarmağa məcbur edilməsinin insan hüquqlarının açıq şəkildə pozulması olduğunu və ölkənin qadın hüquqlarına hörmət iddiasına zidd olduğunu vurğulayıblar.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsi bu yaxınlarda Fransanın hicablı qadın və qızların bu ölkədəki məktəblərə getməsinə mane olmaqla beynəlxalq insan haqları müqaviləsini pozduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR