Fransa: İran intiqamdan vaz keçməlidir

Fransa: İran intiqamdan vaz keçməlidir

Fransanın XİN başçısı Jean-Yves Le Drian açıqlıma verib

Rasthaber Azərbaycan xəbər verir ki, Fransanın XİN başçısı Jean-Yves Le Drian İran İnqilab Keşikçilər Korpusuna bağlı "Qüds" briqadasının komandiri General Qasim Süleymaninin öldürülməsindən sonra vəziyyətin çox gərgin olduğunu və daha da gərginliyin artmasından narahat olduqlarını bildirib.
"İran cavab verməkdən vaz keçməli, eyni zamanda ABŞ ilə İran arasında müzakirələrin açılması və İranın nüvə razılaşmasına geri dönməsi lazımdır", -deyən Le Drian, bölgədə sabitliyin təmin olunmasının vacib olduğunu qeyd edib.
Le Drian, Fransanın hədəfinin gərginliyin azalmasını təmin olduğunu əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR